Krka 15 ildən artıqdır ki, diabetin müalicəsi sahəsində fəaliyyət göstərir. Aktiv maddələrin diqqətlə seçilməsi yeni dərmanların hazırlanmasında mühüm addımdır. Biz bu addımı ən son təlimatlara və bazar tələblərinə uyğun olaraq böyük ehtiyatla həyata keçiririk.
Şəkərli diabetin yayılması durmadan artan əsas qlobal sağlamlıq problemidir. Mütəxəssislər bunun epidemiya nisbətinə çata biləcəyini və dünyada hər 10 yetkin insandan 1-nə təsir edəcəyini proqnozlaşdırırlar. Daha təhlükəlisi odur ki, bir çox insanlar bu vəziyyətə sahib olduqlarını bilmirlər.
Diabetin müalicəsinin əsas məqsədi qan qlükoza səviyyəsini effektiv şəkildə idarə etmək və bununla da potensial ağırlaşmaların qarşısını almaqdır. Yalnız diabetin özünü idarə etmək deyil, həm də yüksək qan təzyiqi və xolesterol səviyyələri kimi risk faktorlarına nəzarət etmək vacibdir.
Müasir Krka dərmanları diabetin effektiv və təhlükəsiz müalicəsində irəliyə doğru mühüm addımdır. Bu dərmanlar aşağı hipoqlikemiya riskinə malikdir (qanda qlükoza səviyyəsinin aşağı olması), mədəaltı vəzi tərəfindən insulinin ifrazını mümkün qədər uzun müddət saxlamağa yönəldilir və ürək-damar ağırlaşmalarına səbəb olmur. Etibarlı səhiyyə partnyorunuz kimi Krka Sloveniyada və bütün dünyada diabet xəstələrinin müalicəsi üçün geniş çeşiddə dərmanlar təklif etməyə sadiqdir.
Məhsulların axtarışı
Biz yüksək keyfiyyətli reseptləburaxılan, reseptsiz satılan və baytarlıq preparatıarının geniş çeşidini təklif edirik.