Bizə qoşulun!

KOMANDANIN BİR HİSSƏSİ OLUN!

VAKANSİYA

AVTOPARK ÜZRƏ MÜTƏXƏSSİS (CAR FLEET ASSOCIATE)

Vəzifənin qısa təsviri

Şirkətin avtoparkının səmərəli, qənaətli və keyfiyyət yönümlü idarə edilməsini təmin etmək.

Vəzifə öhdəlikləri

  • Şirkətin avtoparkını yerli qanunvericiliyə və KRKA-nın daxili qayda və təlimatlarına uyğun olaraq idarə etmək;
  • Avtoparkdan optimal istifadə üçün tələb olunan sənədləri yerli qanunvericiliyə və KRKA-nın daxili qayda və təlimatlarına uyğun şəkildə hazırlamaq, idarə etmək və uçotunu aparmaq;
  • Şirkət avtomobillərinin, şinlərin və digər zəruri materialların satınalma prosesində iştirak etmək, həmçinin xərclərin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;
  • Avtomobillərin planlı və plandankənar texniki xidmətlərini təşkil etmək, görülmüş işlərə nəzarət etmək və texniki xidmətlə bağlı sənədləri idarə etmək;
  • Avtopark üzrə sığorta hadisələrini (iddiaları) idarə etmək;
  • Avtopark xərcləri ilə bağlı məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək;
  • Avtoparkla bağlı bütün xərcləri izləmək, xərclərin səmərəliliyini təmin etmək məqsədilə optimallaşdırma təklifləri hazırlamaq və onların icrasını təmin etmək;
  • Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatı prosesində iştirak etmək;
  • KRKA-nın daxili qaydalarına və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətin avtomobilləri üzrə icbari və CASCO (kasko) sığortasını idarə etmək;
  • Şirkət avtomobillərinin təhlükəsiz istifadəsini təmin etmək məqsədilə onların texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarət etmək və müntəzəm texniki yoxlamalar aparmaq;
  • Avtomobilin istifadəyə verilməsi, istifadəçilər arasında təhvil verilməsi və geri qaytarılması zamanı bütün sənədləşmə və maddi məsuliyyət prosedurlarının düzgün və aktual şəkildə həyata keçirilməsini təmin etmək;
  • Texniki məsələlərlə bağlı şirkət avtomobillərinin istifadəçilərinə məsləhət və dəstək vermək;
  • Yol-nəqliyyat hadisələri baş verdiyi hallarda əməkdaşlara lazımi yardımın təşkil edilməsini təmin etmək;
  • İstifadəçilərin xidməti avtomobilləri təmirdə olduğu müddətdə alternativ şirkət avtomobillərinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
  • Yol hərəkəti qaydalarına, keyfiyyətin təminatı, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi sahəsində qüvvədə olan qaydalara, eləcə də digər daxili normativ sənədlərə uyğun fəaliyyət göstərmək;
  • Birbaşa rəhbər tərəfindən verilən, işçinin ixtisasına və iş prosesinin tələblərinə uyğun olan digər vəzifələri yerinə yetirmək.

Müraciət üçün: CV-nizi  “Avtopark Meneceri (Car Fleet Manager)” qeyd etməklə info.az@krka.biz  ünvanına göndərin.

Əlaqə: “Krka, Tovarna zdravil d. d., Novo mesto” Azərbaycanda
Xocalı prospekti 55 AGA Biznes MərkəziAZ 1002 Bakı

Telefon: +994 12 464 40 22
Mobil: +994 51 290 44 74