LEGAL NOTICES APPLICABLE TO KRKA`S EVENTS FOR EXTERNAL PUBLIC

AZEBAIJAN  

XARİCİ İCTİMAİYAT ÜÇÜN ŞƏXSİ TƏDBİRLƏR

ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI 

Krka, d. d., Novo mesto şirkətinin Azərbaycankı nümayəndəliyi şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edir: Keçiriləcək tədbir üçün qeydiyyatınızı tamamlamaq, məkana gediş-gəlişiniz üçün nəqliyyat təşkil etmək, tədbirə gedirsinizsə və orada yerləşən oteldə qalırsınızsa tədbir keçiriləcək zamanı yaşayış yerinizi sifariş etmək, tədbir barədə sizə məlumat vermək. Yuxarıda göstərilən məlumatların işlənməsinin hüquqi əsası şəxsi razılığınız (tədbirə veb sayt vasitəsilə müraciət etmisinizsə və ya Krkanın nümayəndəsi tərəfindən dəvət olunmusunuzsa və tədbirdə iştirak etməyə razılıq vermisinizsə) və müvafiq olduqda tətbiq olunan vergi qanunvericiliyidir. Krka, d. d., Novo mesto şəxsi məlumatlarınızı EventApp-da Sloveniyadakı serverlərində saxlayır; Meetpoint, d.o.o. bu tədbirin təşkili üçün tətbiqi təmin edən və yalnız texniki dəstək göstərildiyi hallarda şəxsi məlumatlarınıza giriş əldə edə biləcək Sloveniyada yerləşən şirkətdir. Şəxsi məlumatlarınız EventApp-da toplanıldığı məqsədlər üçün lazım olduğu müddətdən çox olmayaraq saxlanılacaq və daha sonra anonimləşdiriləcək.

Şəxsi məlumatların işlənməsi ilə əlaqədar hüquqlarınız və sırf məlumatların işlənməsi ilə bağlı və Krka`nın məlumatların qorunması üzrə məsul şəxsi ilə əlaqədar məlumatı əldə etmək üçün dataprotection.officer@krka.biz. əlaqə saxlayın.

ŞƏKİLÇƏKMƏ VƏ/VƏ YA VİDEO ÇƏKİLİŞ

Tədbirdə sənədləşdirmə və arxivləşdirmə, fotoşəkilləri və ya videoları iştirakçılara təqdim etmək, Krkanın daxili mediasında elanlar vermək, xarici mediada və sosial şəbəkələrdə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə şəkillər çəkilir və/və ya video çəkiliş aparılır.

Tədbirdə iştirakınız fotoşəkillərin və videoların çap və elektron mediada yayımlanmasına razılaşdığınız deməkdir. Şəkilinizin və/və ya videonuzun çəkilməsini istəmirsinizsə, tədbir başlamazdan əvvəl Krka’ya xəbər verməli və təlimatları izləməlisiniz. Krka barədə onun şəxsi məlumat nəzarətçisi olaraq, hüquqlarınız və Krka`nın şəxsi məlumatların qorunması siyasəti haqqında daha ətraflı məlumatı www.krka.biz/en (və ya yerli Krka veb saytından) oxuya bilərsiniz.

Video və/və ya şəkil çəkmək qadağandır. Nəzərə alın ki, Krka ərazisində çəkilmiş hər hansı şəkil, video və/və ya səs yazısının, həmçinin Krka və/və ya onun işçilərinin qeyd edildiyi mətnlərin reklam, şəxsi və ya digər məqsədlər üçün çap və ya rəqəmsal mediada dərc edilməsi üçün İctimaiyyətlə Əlaqələr Departementindən (public.relations@krka.biz) yazılı icazə alınmalıdır.

MƏSULİYYƏT BƏYANNAMƏSİ

Təşkilatçı və ya otel şəxsi əşyaların oğurlanmasına, itirilməsinə və ya zədələnməsinə görə məsuliyyət daşımır, buna görə pulunuzu və qiymətli əşyalarınızı hər zaman yanınızda saxlamağı və ya otel otağınızda təhlükəsiz yerdə saxlamağınızı məsləhət görürük.

İstifadə etdiyiniz Krka -ya məxsus hər hansı avadanlıq diqqətlə və lazımi qaydada işlənməlidir. Ehtiyatsızlıq və diqqətsizlik nəticəsində qüsurlar, qırılma, itki və ya oğurluq baş verdikdə təmir xərclərinin bir hissəsini və ya yeni avadanlıqların alınması xərclərini ödəməlisiniz. Bu, Krka, d. d., Novo mesto-ya məxsus olan avadanlıqlarla işləyərkən şəxsi məsuliyyətin müəyyən edilməsi Təlimatında ətraflı şəkildə göstərilmişdir.

XARİCİ İCTİMAİ ÜÇÜN ONLAYN TƏDBİRLƏR

İŞTİRAK

Bu yalnız dəvət üzrə təşkil edilən tədbirdir. Dəvətlər iştirakçıların özləri tərəfindən digər şəxslərə göndərilə bilməz. Dəvəti almışsınızsa və onu digər şəxslərə də göndərmək istəyirsinizsə, əlavə iştirakçılar üçün təklifinizi təyin olunmuş əlaqəli şəxsə göndərməyiniz xahiş olunur. Krka, dəvət siyahısında olmayan hər hansı bir iştirakçının iştirakına icazə verməmək hüququna malikdir.

DİSKLEYMER

Tədbir zamanı Krka mövcud olan ən son və təsdiqlənmiş məlumatları təqdim etməlidir, lakin tədbirin məzmunu və/və ya çatdırılması Krka`nın nəzarətindən kənarda dəyişə bilər. Krka, onlayn tədbirin proqramındakı və ya məzmunundakı səhvlər, çatışmazlıqlar və dəyişikliklərə görə heç bir məsuliyyət daşımır və tədbirdə yayımlanan və ya yayılan bütün məzmuna nəzarət edə bilməz. Krka, onlayn tədbir zamanı iştirakçıların ünsiyyətinə görə məsuliyyət daşımır. İştirakçılar, onlayn tədbir zamanı verilən məlumatları riski öz üzərinə götürməklə istifadə edəcəklər.

Krka uyğun məzmun təmin etmək üçün əlindən gələni etsə də, Krka tədbirdə yayımlanan və ya yayılan bütün məzmuna nəzarət edə bilməz. Digər iştirakçılar tərəfindən verilən məlumatlar, şəkillər, audio fayllar və ya digər məlumatlar yersiz, təhqiramiz, zərərli, qeyri-dəqiq, riyakar, aldadıcı və/və ya səhv görünə bilər, lakin digər iştirakçılarla qarşılıqlı əlaqənizdən yalnız siz məsuliyyət daşıyırsınız. Krka, onun direktorları, işçiləri, agentləri və filialları, onlayn tədbirdən və ya onlayn tədbirdə təqdim olunan məlumatlardan qaynaqlanan və ya onlara aid olan hər hansı bir zərərə görə məsuliyyət daşımır.

RECORDING 

Bu, gələcəkdə təhsil və peşəkar istifadə üçün və arxiv məqsədləri üçün video çəkilişi olunacaq interaktiv onlayn tədbirdir. Onlayn tədbirə qatılaraq və fəal iştirak edərək Krka-ya çəkiliş aparmasına icazə verirsiniz. Beləliklə, Krka, videonuzu və/və ya audio çıxışınızı çəkmək və çəkilmiş hissəni onlayn tədbirin videosunda və ya hər hansı bir düzəliş edilmiş versiyasında (qısa film/webinar) istifadə etmək və yalnız ümumi ictimaiyyət və ya səhiyyə işçiləri və ya yalnız Krka işçiləri üçün əlçatan olan Krka`nın veb saytında dərc etmək hüququna malikdir. 

Həmçinin bildirmək istərdik ki, onlayn tədbirin Krka, d. d., Novo mesto və ya Krka tərəfindən işə götürülmüş şirkət tərəfindən çəkilişi aparılacaq. Çəkiliş məhdud müddət ərzində yayımlanacaq. Çəkilişi izləyib sizə aid olan hissəsini düzəltmək, çəkilişin silinməsini tələb etmək, çəkilişin işlənməsinin məhdudlaşdırılmasını tələb etmək, çəkilişin işlənməsinə etiraz etmək və çəkilişlə bağlı məlumatlarınızın başqa yerə ötürülməsi barədə tələb irəli sürmək hüququna maliksiniz. Razılığınızı geri götürə bilərsiniz və məlumatların işlənməsinin qanunsuz olduğunu düşünürsünüzsə, Sloveniya Respublikasının Məlumat Komissarlığına şikayət edin. Dataprotection.officer@krka.biz ünvanından Krka’nın məlumatların qorunması barədə məsul şəxsi ilə əlaqə saxlayaraq hüquqlarınızı həyata keçirə bilərsiniz.