Davamlı inkişaf bizim əsas prinsiplərimizdən biridir. Yalnız müvəffəqiyyətlərimizin ətraf mühit və cəmiyyətə müsbət təsir göstərdiyi zaman biz özümüzü uğurlu hesab edə bilərik.
Biz sosial mühitin yaxşılaşdırılması və gənc mütəxəssislərin yetişdirilməsi, həmçinin korporativ idarəetmə nümunəsi ilə bağlı tədbir və layihələr həyata keçirərkən, gələcək nəslə göstərdiyimiz təsiri dərk edirik.
ESG siyasəti
ESG siyasəti ətraf mühitin ekoloji aspektlərini (E-ətraf mühit), sosial məsuliyyəti (S-sosial ) və korporativ idarəetməni (G-İdarəetmə) tənzimləyən ESG sahəsinin idarə edilməsi üzrə KRKA qrupunun strateji sənədidir. Bu sənəddə fəaliyyətimizin bütün sahələrində maraqlı tərəflərin müxtəlif qrupları ilə münasibətlər z amanı riayət etdiyimiz və biznes qərarları aldığımız zaman nəzərə aldığımız başlıca prinsiplər təsvir edilmişdir.
Biznes modelimiz ilə Krka qrupunun strategiyasının birləşdirilməsi inkişafa davamlı təsir etməyimizə, risk və imkanların daha effektiv müəyyən edilməsi və onun strateji şəkildə idarə olunmasına imkan verir.